Opera ve balet teatri small square

Opera və Balet teatrında olan tamaşalar

Timeline created by RAFIQ003 in History
Event Date: Event Title: Event Description:
Images small square Aşıq Qərib Opera.O dövrdə, yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri "Aşıq Qərib" operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi. Həmin dövrdə Zülfüqar Hacıbəyli bir sıra librettolara musiqi yazır.
%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%bd%d0%be%d0%b5 small square Şah İsmayıl operası Şah İsmayıl — Bəstəkar Müslüm Maqomayevin eyniadlı Azərbaycan dastanı əsasında yazdığı opera. Bəstəkar əsəri 1916-cı ildə eynadlı Azərbaycan dastanı əsasında yazıb, ilk dəfə tamaşaya 1919-cu ildə qoyub. Əsər 1925-ci ildə və sonrakı illərdə, müəllifin vəfatınadək (1937), ciddi libretto və musiqi dəyişikliklərinə məruz qalıb. Librettonun ilkin müəllifi Mirzə Qədir İsmayılzadədir ("Vüsaqi", Mikayıl Müşfiqin atası) olub, sonradan Məmməd Səid Ordubadi tərəfindən dəyişilib. [1] [2]
Stamps of the soviet union  1966 3277 small square Nərgiz Bəstəkar əsəri 1935-cı ildə yazsa da, ağır xəstəliyə görə operanın üzərində işləri başa çatdıra bilmədi. 1937-ci ildə müəllif vəfat etdi, və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qlierə tapşırılır. Libretto müəllifi Məmməd Səid Ordubadidir. Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi. "Nərgiz" operasının premyerası 1935ci ilin dekabrın 24də oldu. Quruluşçu rejissor A.Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz)
Images (1) small square Koroğlu "Koroğlu" operasına görә Hacıbəyov 1941 ildә Stalin mükafatına layiq görülmüşdür. "Koroğlu"-nun ilk tamaşasının rej. İ. Hidayәtzadә, dirijoru H., (sonralar Ә. Hәsәnov), rәssamı R. Mustafayev olmuşdur. Rollarda Bülbül (Koroğlu), G. İsgәndәrova (Nigar), M. Bağırov (Hәsәn xan), Q. İsgәndәrov (tәlxәk), Ә. Zülalov (Eһsan paşa), Q. Hüseynov (Hәmzә bәy), B. Mustafayev (İbraһim xan) çıxış etmişlәr. 1938 ildә opera Moskvada Azәrbaycan incәsәnәti dekadasında böyük müvәffәqiyyәt qazanmışdır.
Maude tower ballet qamar aslanzade and batashov small square Qız qalası baleti "Qız qalası" baletinin o zamankı M. F. Axundov adını Azərbaycan Dövlət opera və balet teatrı səhnəsində ilk quruluşu respublikanın xalq artisti, rejissor İ. Hidayətzadə və baletmeyster V. İ. Vronski tərəfindən həyata keçirilmişdi. Tərtibatçı rəssam, Azərbaycan respublikasının əməkdar incəsənət xadimi F. Qusak idi. Həm rejissor, Həm baletmeysterin quruluşda cəsarətli addımları başlıca məqsədə çatmaq, – xalq rəqsləri ilə Avropa rəqs texnikasını çarpazlaşdırmaq yönündə atılmışdıƏfrasiyab Bədəlbəyli
%d0%9f%d0%b0%d0%bc%d1%8f%d1%82%d0%bd%d0%b8%d0%ba %d0%9a%d0%b0%d1%80%d0%b0 %d0%9a%d0%b0%d1%80%d0%b0%d0%b5%d0%b2%d1%83 %d0%b2 %d0%91%d0%b0%d0%ba%d1%83 small square Vətən Vətən — 1945-ci ildə Azərbaycan bəstəkarlar Qara Qarayev və Cövdət Hacıyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyinə və Böyük Vətən müharibəsinə həsr etdikləri dörd pərdəli opera.
G%c3%bcl%c5%9f%c9%99n (balet) small square Gülşən balet Gülşən — Soltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletinin 1 – ci redaksiyasında Q. Almaszadənindir bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən 2 –ci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadənindir və P. Abolimovundur).
Yeddi g%c3%b6z%c9%99l afi%c5%9fa small square Yeddi Gözəl Yeddi Gözəl — Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə bəstələnmiş balet. Dörd pərdəli baletin librettosu XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında İsmayıl Hidayətzadə, Yuli Slonimski və Sabit Rəhman tərəfindən yazılmışdı. İlk səhnələşdirmənin xareoqrafı Pyotr Qusevdir. Baletin premyerası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir.
Timeline small square Sevil Sevil - bəstəkar Fikrət Əmirov tərəfindən Cəfər Cabbarlının eyniadlı dramı əsasında 1953-cü ildə yazılmış opera. Librettonun müəllifi Tələt Əyyubovdur.1919-cu il. Sevil savadsız bir qadındır. Ər evində min cür əzab əziyyətə dözür. Əri Balaşın buyruğuna qul kimi müntəzirdir. Bununla belə, Balaş Sevilin bu fədakarlığını qiymətləndirmir. Sevil küçəyə atılır. Tək, kimsəsiz qadın məşəqqətlərə məruz qalır.
Timeline small square Azad
%c4%b0ld%c4%b1r%c4%b1ml%c4%b1 yollarla small square İldırımlı yollarla İldırımlı yollarla — böyük Azərbaycan bəstəkarı Qara Qarayevin Piter Abrahamsın romanının motivləri əsasında 1958-1959-ci illərdə yazdığı balet. Piter Henri Abrahamsın romanı Afrika xalqlarının azadlıq uğrunda carpışmaları dövrundə yazılıb. Əsər məzmununun ana xətti ağ irqdən Sari adında qızla ağ irqdən olmayan Lenni adlı oğlanın ülvi məhəbbətidir.
The legend about love small square Məhəbbət Əfsanəsi Məhəbbət Əfsanəsi - Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti.[1][2] 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur.
Qaraca q%c4%b1z baleti small square Qaraca qız Qaraca qız baleti — bəstəkar Əşrəf Abbasovun yaradıcılığın zirvəsində yazdığı uşaq baletidir. Bu, uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş "Qaraca qız" yazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdı. Baletin libretto müəllifi isə xalq artisti Əfrasiyab Bədəlbəyli idi. Elə tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdu.